"BOKT Caspian İnvest" 2024-cü il üzrə maliyyə göstəricilərini açıqladı – BÖYÜK ARTIMLAR BAŞ VERİB
Kredit təşkilatının faiz gəliri 284 dəfə artaraq 2 milyon manata yaxın olub, kredit portfeli isə 18 dəfədən çox artaraq 12 milyon manatı keçib.2024-ci ildə nizamnamə kapitalını 10 dəfə artıran "Bank Olmayan Kredit Təşkilatı Caspian İnvest" MMC 2024-cü ili 182 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Kredit təşkilatı 2023-cü ili 97 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az "BOKT Caspian İnvest"in 31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, Təşkilat ötən il dövlət büdcəsinə 364 min manat mənfəət vergisi ödəyib.
"BOKT Caspian İnvest"in faiz gəliri 2024-cü ildə 2023-cü illə müqayisədə 284 dəfə artaraq 1 milyon 915 min manat təşkil edib. Kredit təşkilatı 2023-cü ildə 6 min 735 manat faiz gəliri əldə etmişdi.
2024-cü ildə "BOKT Caspian İnvest"in kredit portfeli (müştərilərə verilmiş kreditlər)18 dəfədən çox artaraq 31 dekabr 2024-cü il tarixində 12 milyon 209 min manat çatıb. 2023-cü ilin sonunda Təşkilatın kredit portfeli 671 min manat təşkil etmişdi.
Əsas fəaliyyəti kreditlərin təqdim edilməsi olan "BOKT Caspian İnvest"in 31 dekabr 2024-cü il tarixində 10 filialı, 64 nəfər əməkdaşı olub (31 dekabr 2023-cü il tarixində 13 nəfər əməkdaş).
Kredit təşkilatı 17 avqust 2004-cü il tarixində dövlət qeydiyyatına alınmış, 2023-cü ildə təsisçiləri və rəhbərliyi dəyişərək yenidən təyin olunmuş struktur ilə fəaliyyətinə davam etdirməkdədir.
"BANK OLMAYAN KREDİT TƏŞKİLATI CASPİAN İNVEST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 31 dekabr 2024-cü il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatları və Müstəqil Auditorların Hesabatı - ƏTRAFLI
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















