Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edildi - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb.
Marja xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
Xatırladaq ki, T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan "Atabank" ASC-də, 2007-2012-ci illərdə isə "PAŞA Holdinq" MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan "PAŞA Həyat Slğorta" ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan "Kapital Bank" ASC-nin Hüquq departamentinin direktoru olub.
O həmçinin 2011-2013-cü illərdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb.
T.Piriyev 2016-ci ilin aprel ayından 2020-ci ilin may ayına qədər “PAŞA Holdinq”in Türkiyə üzrə ofisinin rəhbəri olub, eyni zamanda 2017-ci ilin mart ayından 3 il 3 ay müddətində “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin İdarə Heyətində üzv kimi, 2018-ci ilin iyul ayından isə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin İH sədrinin müavini kimi fəaliyyət göstərib, 5 il bundan əvvəl isə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.
XXX
T.Q.Piriyevin Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2025-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
8 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 9 saat əvvəl
-
10 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
11 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)



.jpg)



