SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib
Daşkənddə “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Asxat Xasenov və “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Bahodirjon Sidikov arasında işgüzar görüş keçirilib. Görüş zamanı geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi planları müzakirə edilib.
“KazMunayQaz”ın mətbuat xidmətinin yaydığı məlumata görə, görüşün mövzusu, həmçinin 2025-ci il martın 5-də Azərbaycanın SOCAR, Qazaxıstanın “KazMunayQaz” SC, Tatarıstanın “Tatneft” PJSC və Özbəkistanın “Uzbekneftegaz” ASC arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında memorandumların müddəalarının həyata keçirilməsi üzrə gələcək addımlar olub.
Xatırladaq ki, bu ilin mart ayında SOCAR, “KazMunayQaz” SC, PJSC “Tatneft” və “Uzbekneftegaz” ASC-nin nümayəndələri “Rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi” sahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalayıblar. Sənədlər rəqəmsal həllərin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsini, o cümlədən texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
18 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
45 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















