PAŞA Qrup şirkətləri şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil xərclərini qarşılayır
Şəhidlərimizin 282 ailə üzvünün təhsil xərcləri "PAŞA Qrup" şirkətləri tərəfindən qarşılanacaq(®) PAŞA Qrup şirkətləri “YAŞAT” Fondu ilə birgə tərəfdaşlıq çərçivəsində şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil xərclərini qarşılayır.
Bu barədə şirkətin mətbuat katibliyi məlumat verib. Belə ki, müvafiq kateqoriyadan olan şəxslərin ölkə daxilində və xaricində müxtəlif təhsil pillələri üzrə xərcləri “PAŞA Holding” və onun törəmə şirkətləri olan “PAŞA Sığorta” və “PAŞA Həyat” tərəfindən qarşılanacaq.
Sözügedən siyahıya ümumilikdə 282 şəxs daxildir ki, onların arasında həm yerli, həm də xarici təhsil ocaqlarında təhsil alanlar var.
Xarici təhsil ocaqları arasında İzmir Katip Çelebi Universiteti, Ukrayna Dövlət Statistika Xidməti Milli Statistika, Mühasibat Uçotu və Audit Akademiyası, Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Moldova Respublikası Komrat Dövlət Universiteti və digər universitetlər yer alır, təhsil haqqlarının ümumi məbləği isə 1.5 milyon manatdan çox vəsait təşkil edir. Qeyd edək ki, artıq 2025-2026-cı illəri əhatə edən tədris illəri üzrə yerli təhsil müəssisələrində oxuyan şəxslərin ödənişləri tamamlanıb. İyun ayının sonunadək xarici təhsil müəssisələri üzrə də ödənişlərin tamamlanması nəzərdə tutulub.
Xatırladaq ki, şəhid ailələri, eləcə də qazilərə dəstəyin göstərilməsi “PAŞA Holding”in sosial məsuliyyət fəaliyyətində əks olunan əsas istiqamətlərdən biridir. Bu məqsədlə “PAŞA Holding” “PAŞA Holding” "YAŞAT" Fondu tərəfindən reallaşdırılan "YAŞAT" düşərgələrinin əsas tərəfdaşı olub. Bundan əlavə, 2023-cü ildən etibarən “PAŞA Holding” tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirilir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur, “PAŞA Sığorta” tərəfindən sığorta xidmətləti göstərilir, eləcə də təhsil ləvazimatları təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
45 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















