Azərbaycanda ilk dəfə keçirilən ecomX e-ticarət proqramının 1-ci mərhələsi uğurla başa çatıb
Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək - 30 000 AZN mükafat fondu. 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30 000 AZN mükafat fondu bölüşdürüləcək.Azərbaycanda ilk dəfə təşkil olunan və 3 ay davam edən ecomX e-ticarət təlim və inkubasiya proqramının ilkin mərhələsi uğurla yekunlaşıb.
Proqram çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərindən 180-dən artıq iştirakçı e-ticarət sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilərdən praktiki bilik və bacarıqlar əldə ediblər.
Təlim sessiyalarında iştirakçılara məhsul seçimi, onlayn mağazaların yaradılması və idarə olunması, rəqəmsal marketinq strategiyaları, eləcə də e-ticarət bizneslərinin böyüdülməsi və genişləndirilməsi yolları öyrədilib. Proqram, yalnız bilik ötürmə ilə kifayətlənməyərək, iştirakçılar üçün real biznesə keçid üçün effektiv platforma rolunu oynayıb.
Layihənin əsas məqsədlərindən biri regionlarda yaşayan vətəndaşlara e-ticarət bacarıqları qazandırmaq, rəqəmsal iqtisadiyyata inteqrasiyanı gücləndirmək və yeni iş yerlərinin yaradılmasına töhfə vermək olub.
Proqram çərçivəsində 36 saat onlayn və 4 şəhərdə ümumilikdə 12 canlı təlim keçirilib. Təlimi uğurla tamamlayan iştirakçılara isə Azərbaycanda ilk dəfə blokçeyn texnologiyası ilə qeydə alınmış xüsusi sertifikatlar təqdim edilib.
Növbəti mərhələdə, potensialı yüksək olan ideyalar arasından seçilmiş iştirakçılar ecomX inkubasiya proqramına dəvət olunacaq. Bu mərhələdə 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30 000 AZN mükafat fondu bölüşdürüləcək.
Sizi nələr gözləyir?
• 30 000 AZN mükafat fondu
• Minimum işlək məhsul (MVP) hazırlığı
• Peşəkar mentor dəstəyi
• Ekosistemlə tanışlıq və bazara çıxış dəstəyi
Kimlər iştirak edə bilər?
Bakı ilə yanaşı, ölkənin bütün regionlarından olan və regionlardan olan şəxslər iştirak edə bilər.
Son qeydiyyat tarixi: 10 may 2025
Qeydiyyat linki: https://forms.gle/vhpSde8DjxAbQLXd7
ecomX proqramı Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.az” və “BONPARA” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
EcomX, Azərbaycanda e-ticarət sahəsində yeni bir nəsil sahibkarların formalaşmasına və ölkənin rəqəmsal iqtisadiyyatının güclənməsinə xidmət edən mühüm bir platformaya çevrilməkdədir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
15 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 18 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ən çox oxunanlar
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti























