FED faiz qərarını açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED) may toplantısında faiz dərəcələrində dəyişiklik etmədi. FED, Trampın ticarət siyasətlərinin təsirini görmək üçün gözləməyə üstünlük verdi.ABŞ Federal Ehtiyat Sistemi (FED, mərkəzi bank) faiz dərəcələrini 4,25% - 4,50% aralığında sabit saxlayıb.
Bazarlarda da FED-in faiz aralığında dəyişiklik edəcəyi gözlənilmirdi.
Prezident Donald Trump-ın əlavə gömrük tarifləri və iqtisadiyyatı ətrafında qeyri-müəyyənlik FED-i gözləmə mövqeyində qalmağa məcbur edir. FED Donald Trampın əlavə gömrük tariflərinin inflyasiyaya və iqtisadiyyat təsirlərini görmək istəyir.
Treyderlər FED sədri Jerome Powell-in açıqlamalarını diqqətlə dinləyəcəklər, çünki onun mərkəzi bankın faiz dərəcələrini azaldıb-azdırmayacağına daha çox işıq salacağına ümid edirlər.
FED, tarif təsirini qiymətləndirməyi gözlədiyi üçün dekabr ayında etdiyi son faiz endirimindən bəri pauza rejimindədir.
FED rəsmiləri ardıcıl üçüncü iclasda faiz dərəcələrini sabit saxlayırlar, həm yüksək inflyasiyanın, həm də işsizliyin artması riskini gördüklərini vurğulayırlar.
"İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik daha da artıb. Komitə riskləri nəzərə alır, yüksək işsizlik və yüksək inflyasiya risklərinin artdığını qiymətləndirir", - qərar mətnində deyilir.
Bu gün faiz qərarı yekdilliklə qəbul edilib.
İşsizliyin hələ də aşağı və tələbin sabit olması ilə əlaqədar olaraq, FED rəsmiləri iqtisadiyyatın hara doğru getdiyi barədə daha yaxşı təsəvvür əldə edənə qədər faiz dərəcələrini dəyişməz saxlayacaqlarına işarə ediblər.
Faiz qərarının mətnində (press-relizində) qeyd olunub ki, xalis ixracdakı dalğalanmalar məlumatlara təsir etsə də, son göstəricilər iqtisadi fəaliyyətin güclü sürətlə genişlənməyə davam etdiyini göstərir.
ABŞ prezidenti Tramp tez-tez FED-i faiz dərəcələrini endirməyə çağırsa da, mərkəzi bank rəsmiləri gömrük tarifi siyasətlərinin ABŞ iqtisadiyyatına təsirləri daha aydın görünənə qədər gözləmək lazım olduğu fikrini ifadə ediblər.
İdxal olunan mallara tətbiq edilən aqressiv tariflər istehlakçıların ABŞ-a inamını sarsıtdığı üçün ev təsərrüfatları istehlak qiymətlərinin mümkün artımı və əmək bazarının zəifləməsi riskinə hazırlaşır.
Bununla belə, son məlumatlar göstərdib ki, mart ayında inflyasiya yavaşlayıb, aprel ayında isə işsizlik səviyyəsi sabit qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























