“B.Sərdarov Adına Maşınqayırma Zavodu” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb
“B.Sərdarov Adına Maşınqayırma Zavodu” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb.
Marja.az xəbər verir ki, MMC-nın 54 min 431 manat olan nizamnamə kapitalının məbləği 54 min 421 manat azaldılaraq 10 manat məbləğində müəyyən edilib.
Xatırladaq ki, 2022-c ilin yazında “B.Sərdarov adına Maşınqayırma Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin (TASC) təşkilati-hüquqi forması dəyişdirilmişdir. Belə ki, “B.Sərdarov adına Maşınqayırma Zavodu”nun təşkilati-hüquqi forması TASC-dən MMC-yə çevrilmişdir.
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 24.12.2001-ci il tarixdə D-3349 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 135 nömrəli, 21 iyul 2022-ci il tarixli sərəncamı ilə təşkilati-hüquqi forması dəyişdirilərək, yenidən təşkil edilməklə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilmiş və nizamnamə kapitalı 16 milyon 61 min manat həcmində müəyyən edilmişdir",- zavodun məlumatında bildirilmişdi.
2022-ci ildə “B.Sərdarov adına Maşınqayırma Zavodu”nun nizamnamə kapitalı 4 milyon 205 min 622 manat artırılmışdı. Həmin vaxtadək zavodun nizamnamə kapitalı 11 milyon 855 min 378 manat idi.
“B.Sərdarov adına Maşınqayırma Zavodu” dağ-mədən çıxarma, neftçıxarma sənayesi avadanlıqlarının istehsalı ilə məşğul olur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















