Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
(®) Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən 2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb.
Bu mükafat, həm də Birbank Private-in müştərilərinə göstərdiyi üstün və unikal xidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” beynəlxalq investisiya və maliyyə sahəsində innovasiya, liderlik və performans üzrə dünyanın aparıcı şirkətlərinin yer aldığı jurnallardan biridir.
Fərdi yanaşma prinsipini əsas götürən Birbank Private müştərilərinə bank hesablarının idarə edilməsi, hər növ maliyyə məsələləri üzrə peşəkar məsləhət, individual bank xidmətləri və peşəkar şəxsi menecer kimi imkanları təqdim edir. İstənilən maliyyə ehtiyacını qarşılayan xüsusi kredit təklifləri, fərdi faiz şərtləri ilə təqdim olunan kreditlər müştərilərə maksimum rahatlıqla yanaşı, vaxta qənaət fürsəti də qazandırır. Bununla yanaşı, müştərilər seçdikləri valyutada “Birbank Premium” kartlarına sahib ola bilərlər.
Qeyd edək ki, Birbank Private müştəriləri hava limanlarında ödənişsiz sürətli keçid (“Fast Track”), “Business Lounge” premium zallarına giriş, geniş sığorta paketi, transfer və 24/7 konsyerj xidmətləri daxil olmaqla daima yenilənən bir sıra fərqli üstünlüklərdən yararlana bilirlər. Həmçinin alış-veriş zamanı xüsusi endirimlər, premium otellərdə əlavə fürsətlər və seçilmiş tədbirlərə eksklüziv giriş imkanı da təqdim olunur.
Müştərilər üçün investisiya sahəsində də geniş imkanlar mövcuddur. Portfel idarəçiliyi, depozitlər, istənilən növ qiymətli kağızlar və dəyərli əşyaların qorunması üçün depozit seyfi kimi məhsullar fərdi ehtiyaclara uyğun şəkildə təqdim olunur. Depozit məhsullarında həm yerli, həm də xarici valyutada sərbəst şərtlərlə əmanət yerləşdirmək də mümkündür.
Yüksək xidmət standartlarını fərdi müştərilərinə daha da əlçatan etmək üçün Birbank Private yaxın günlərdə Neftçilər prospekti 153, Port Baku 2 ünvanında yerləşən yeni filialının açılışını edib. Yeni konsepsiya əsasında qurulan bu filial həftə içi 5 gün saat 9:00-dan 17:00-a qədər müştərilərə ən yüksək səviyyədə fərdi bankçılıq xidmətləri göstərir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















