Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan “Metro İstanbul”un inkişaf təcrübəsini öyrənir

Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan “Metro İstanbul”un inkişaf təcrübəsini öyrənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding-in tərkibində fəaliyyət göstərən Bakı metropolitenində “Metro İstanbul”un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi iki metropoliten arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Reklam_3_11

Müzakirələr zamanı data əsaslı qərarvermə yanaşmaları(data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusi diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Görüşdə həmçinin inşaat layihələrinin informasiya modelləşməsi, istismar planlaması, işarəvermə və rabitə sistemlərində müasir yanaşmalar, mühəndis qurğulara texniki xidmət və idarəetmə prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Bakı metropoliteninin müxtəlif sahələrində olaraq əməliyyat prosesləri ilə yerində tanış olub, əməkdaşlığın və mütəxəssis mübadiləsinin davamlılığının vacibliyi bir daha vurğulanıb.

30.04.2025 13:25
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ

Ən çox oxunanlar