"Ziraat Bank Azərbaycan" 11-ci filialını açdı - ÜNVAN
"Ziraat Bank Azərbaycan" Bakı şəhərində yerləşən, sayca 11-ci olan yeni “Neftçilər” filialını müştərilərinin istifadəsinə təqdim edib.
Açılış tədbirində Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti kəsərək bankın Bakı şəhəri, Qara Qarayev prospekti 229 ünvanında yerləşən yeni “Neftçilər” filialını rəsmi şəkildə müştərilərin istifadəsinə təqdim ediblər.
"Ziraat Bank Azərbaycan"ın “Neftçilər” filialının açılış tədbirində həmçinin Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB, TÜİB və MÜSİAD kimi qeyri-hökumət təşkilatlarının sədrləri, nümayəndələri və bir çox sahibkarlar iştirak ediblər.
"Ziraat Bank Azərbaycan" tərəfindən bildirilib ki, filialın açılmasında əsas məqsəd Nizami rayonu və ətraf ərazilərdə yaşayan hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli, operativ bank xidmətlərini təqdim etməkdir.
Dünyanın bir çox ölkəsində uğurla fəaliyyət göstərən "Ziraat Maliyyə Qrupu"nun üzvü olan "Ziraat Bank Azərbaycan", beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir banklar şəbəkəsi vasitəsilə təqdim etmək imkanına sahibdir. “Bir Bankdan Daha Artıq” şüarı ilə fəaliyyət göstərən bankın yeni “Neftçilər” filialı müasir və funksional infrastruktura malikdir və həftənin 5 günü – saat 09:00-dan 17:00-dək müştərilərin xidmətindədir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


