"Hərraclarda 2 milyard 420,6 milyon dollar satmışıq"
ARDNF-in valyuta satışı 32 %-ə yaxın artıb.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Marja.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Müqayisə üçün qeyd edək ki, ARDNF tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, bu ilin 1-ci rübündə valyuta satışı 584,8 milyon dollar və ya 31,8% artıb.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin 1-ci rübündə ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Qeyd edək ki, bir müddətdir Azərbaycan Respublikası Mərkəzi Bankı həftə ərzində keçirilən valyuta hərraclarının nəticələrini hərraclardan sonra ictimaiyyətə açıqlamır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)






