Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib: "Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2 160-ə qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2 800-ə çatdırılması nəzərdə tutulur".

O bildirib ki, Bakı-Sumqayıt istiqamətində 4 marşrut açılıb: "Gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır".

© "Report"

16.04.2025 16:32

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar