Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Avrozonada inflyasiyaya dair göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edib.
Belə ki, ötən gün EUR/USD valyuta cütlüyü 1.12640 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra, bahalaşmağa başlayıb və hazırda 1.13560 səviyyəsində ticarət olunur. Eyni dövr ərzində GBP/USD cütlüyü isə 1.31630 həddindən 1.32670 həddinə qədər yüksəlib. Qızılın qiyməti 3291$ səviyyəsinə qədər bahalaşmaqla tarixi rekord həddi bir daha yeniləyib.
Avropa İttifaqı ilə ABŞ arasında aparılan danışıqların yeni raundları ticarət mübahisələrinin həllində əhəmiyyətli nəticə verməyib. Prezident Donald Tramp administrasiyasının rəsmiləri təsdiqləyiblər ki, ABŞ-ın Aİ məhsullarına tətbiq etdiyi rüsumların əksəriyyəti qüvvədə qalacaq. Belə davam edəcəyi təqdirdə, dollar təzyiq altında qalmaqda davam edəcək və bazar iştirakçıları “güvənli liman” maliyyə alətlərinə üstünlük verəcəklər.
Dünən ABŞ-ın Əmək Nazirliyinin dərc etdiyi hesabata əsasən, 2025-ci ilin mart ayında ölkəyə idxal olunan malların qiymətləri əvvəlki ayla müqayisədə 0.1% azalıb. 2024-cü ilin mart ayı ilə müqayisədə idxal qiymətləri ümumilikdə 0.9% artıb. ABŞ-dan ixrac edilən malların qiymətləri isə mart ayında dəyişməyib. İllik müqayisədə, yəni 2024-cü ilin mart ayına nisbətən, ABŞ-da ixrac qiymətləri 2.4% artıb.
Almaniyada Avropa İqtisadi Tədqiqatlar Mərkəzi (ZEW) tərəfindən dərc olunan İqtisadi İnkişaf İndeksi apreldə 2023-cü ilin iyul ayından bəri ən aşağı səviyyəyə, -14 bəndədək enib. Göstərici bir ay əvvəl, 2022-ci ilin fevral ayından bəri qeydə alınmış maksimum göstərici olan 51.6 bənddən kəskin geriləyib. Digər tərəfdən, Almaniyada Cari Vəziyyət İndeksi bu ay -87.6 bənddən -81.2 bəndə qədər yüksəlib. Avrozonada isə İqtisadi İnkişaf Proqnozu İndeksi apreldə -18.5 bəndədək enib, halbuki ötən ay bu göstərici 39.8 bənd təşkil edirdi. Həmçinin, birliyin Sənaye Sektorunda İstehsal Həcmi fevral ayında 1.1% artıb.
Bugün Bakı vaxtı ilə saat 13:00-da Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və saat 16:30-da ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, Böyük Britaniyada açıqlanacaq inflyasiyaya dair məlumatlar və Kanada Bankının (BoC) faiz qərarı da bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
-
10 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
11 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
11 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
11 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
11 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
12 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü



















