"Expressbank"ın əməliyyat mənfəəti sabit qalıb
31 mart 2025-ci il tarixində "Expressbank" 607 milyon 55 min manat cəmi aktivlərə, o cümlədən 499 milyon 534 min manat kredit portfelinə malik olub.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə "Expressbank" biznes kreditləri portfeli 3 milyon 780 min manat artaraq 169 milyon 142 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 72 min manat artaraq 116 milyon 684 min manata yüksəlib. Bankın istehlak kreditləri portfeli isə 9 milyon 278 min manat azalaraq 213 milyon 708 min manata düşüb.
"Expressbank"da fiziki şəxslərin depozitləri 16 milyon 350 min manat artaraq 31 mart 2025-ci il tarixində 218 milyon 669 min manat təşkil edib.
31 mart 2025-ci il tarixində "Expressbank" 137 milyon 326 min manat məcmu kapitala malik olub.
“Expressbank” ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 3 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 976 min manat və ya 28,7% azalıb.
Bankın xalis mənfəətinin azalması mümkün zərərlər üzrə yaradılan ehtiyatlara ayırmanın artması ilə əlaqədardır. İlk rübdə "Expressbank"ın xərcləri, o cümlədən depozitlər üzrə faiz xərcləri, əməkhaqqı xərcləri də artıb.
2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 565 min manat və ya 17,7% artaraq 23 milyon 736 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 3 milyon 560 min manat və ya 23,5% artaraq 18 milyon 690 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ SABİT QALIB
"Expressbank"ın gəlirlərdəki artım xərclərindəki artımdan cəmi 5 min manat artıq olduğu üçün bankın əməliyyat mənfəəti də bir o qədər artaraq 5 milyon 45 min manat təşkil edib (2024-cü ilin 1-ci rübüdə əməliyyat mənfəəti 5 milyon 40 min manat təşkil etmişdi). Bank ilk rübdə əməliyyat mənfəətindən 2 milyon 8 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (2024-cü ilin 1-ci rünbündə 612 min manat ayrımışdı). Ehtiyata ayırmanın artması "Expressbank"ın xalis mənfəətinin düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)


