Kredit və depozit bazarı ən böyük 3 bankın əlində cəmləşir
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.
Marja.az xəbər verir ki, hesabatda bank sektorunda təmərküzləşmə barədə məlumatlar da yer alıb.
Qeyd edilib ki. ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər azalma olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə artım müşahidə olunur.
"Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1207 təşkil etmişdir. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1653 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1474 təşkil etmişdir. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir", - hesabatda bildirilir.
Hesabatda bildirilir ki, ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil etmişdir. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmamışdır. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır.
HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<hhİ<2500), yüksək="" səviyyədə="" təmərküzləşmiş="" bazarlar="" (hhİ="">2500). HHİin dəyəri 0-10000 arasında dəyişir.</hhİ<2500),>
Təmərküzləşmə (bir yerə toplanmaq, yığılmaq, cəmləşmək) dedikdə bazarın mühüm bir hissəsinin bir və ya bir neçə subyekt tərəfindən idarə edilməsi başa düşülür. Adətən təmərküzləşmələr bazar göstəricilərinə və rəqabət vəziyyətinə müsbət təsir göstərmir. Belə ki, təmərküzləşmələr bazarda konsentrasiyanın (bazarda fəaliyyət göstərən şirkət sayının azalması) artması, bununla da effektiv rəqiblərin sayının azalması, bazara giriş maneələrinin yaradılması və innovasiyalara stimulun azalması kimi mənfi nəticələrə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)






.jpg)







