“McDonald’s Azərbaycan” TIMO və IMEC beynəlxalq olimpiadalarında iştirak edən şəhid və veteran övladlarına dəstək olub - FOTO
İştirakçıların bütün xərcləri – uçuş, yerləşmə, tədbirlərdə iştirak və istirahət xərcləri “McDonald’s Azərbaycan” şirkəti tərəfindən qarşılanıb.(®) “McDonald’s Azərbaycan” şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə əməkdaşlıq çərçivəsində şəhid və müharibə iştirakçılarının 58 övladının TIMO (Turkic International Mathematical Olympiad) və IMEC (International Math and English Competition) beynəlxalq olimpiadalarında iştirakına dəstək göstərib.
Yarışların nəticələrinə əsasən 14 məktəbli mükafatlara layiq yerlər tutub. İştirakçılardan TIMO olimpiadasının qalibi Antalyaya, IMEC olimpiadasının qalibi isə Avstraliyaya yola düşəcək – hər iki qalib müvafiq olimpiadaların final mərhələsində Azərbaycanı təmsil edəcək.
İştirakçıların bütün xərcləri – uçuş, yerləşmə, tədbirlərdə iştirak və istirahət xərcləri “McDonald’s Azərbaycan” şirkəti tərəfindən qarşılanıb.
IMEC üzrə ikinci və üçüncü yerləri tutan iştirakçılar üçün isə “Sea Breeze” istirahət mərkəzində yay düşərgəsi təşkil olunacaq.
Qaliblərin nailiyyətlərini qeyd etmək üçün “McDonald’s Azərbaycan” şəbəkəsinin restoranlarından birində təntənəli tədbir keçirilib. Şirkətin nümayəndələri uşaqları qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcəkdə də qələbələr arzulayıb və hədiyyələrlə təltif ediblər.
Bu təşəbbüs “McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. İmzalanmış sənəd, şəhidlərin və 44 günlük Vətən müharibəsi iştirakçılarının övladlarını dəstəkləməyə yönəlmiş sosial layihələrin həyata keçirildiyi uzunmüddətli tərəfdaşlığın çərçivəsini müəyyən edir. Tərəfdaşlıq çərçivəsində artıq bir sıra layihələr uğurla gerçəkləşdirilib: beynəlxalq olimpiadalarda məktəblilərin iştirakı da daxil olmaqla təhsil təşəbbüsləri, məktəb ləvazimatlarının təmin edilməsi, yay düşərgələrinin təşkili və McDonald’s restoranlarında bayram tədbirlərinin keçirilməsi.
“McDonald’s Azərbaycan” gələcək nəsil üçün təhsil, inkişaf və inamlı gələcək imkanları yaradaraq, korporativ sosial məsuliyyət proqramlarını tətbiq etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
45 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















