"Kapital Bank" 2025-ci ilin ilk rübündəki qazancını açıqladı
"Kapital Bank" ASC 2025-ci ilin 1-ci rübünü 54 milyon 886 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 71 milyon 393 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə 16 milyon 507 min manat və ya 23,1% azalıb. Xalis mənfəətin azalmasının əsas səbəbi "Kapital Bank"ın faiz xərclərinin, əsasən də depozitlər üzrə faiz xərclərinin artması ilə əlaqədardır.
Marja.az-ın məlumatına görə, 2025-ci ilin ilk rübündə "Kapital Bank" böyüyüb - cəmi aktivləri (cümlədən kredit portfeli), gəlirləri artıb.
Belə ki, 2024-cü ilin 1-ci rübü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə "Kapital Bank"ın faiz gəlirləri 68 milyon 887 min manat və ya 36% artaraq 260 milyon 116 min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 36 min manat və ya 5,3% artaraq 139 milyon 306 min manat təşkil edib.
2024-cü ilin 1-ci rübü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə "Kapital Bank"ın faiz xərcləri təxminən 2,1 dəfə və ya 49 milyon 474 min manat artaraq 95 milyon 355 min manat, qeyri-faiz xərcləri isə 42 milyon 392 min manat və ya 25,3% artaraq 210 milyon 119 min manat olub.
Bankın cəmi əməliyyat gəlirlərinin 75 milyon 923 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 91 milyon 866 min manat artıb. Nəticədə, 2025-ci ilin ilk rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 15 milyon 945 min manat az olmaqla 93 milyon 946 min manat təşkil edib.
CƏMİ AKTİVLƏRİ 12 MİLYARD MANATI KEÇİB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə "Kapital Bank"ın cəmi aktivləri 1 milyard 75 milyon 834 min manat və ya 9,5% artaraq 31 Mart 2025-ci il tarixində 12 milyard 448 milyon 104 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 127 milyon 709 min manat və ya 2,5% artaraq 31 mart 2025-ci il tarixində 5 milyard 338 milyon 917 min manata çatıb.
İlk rüdbdə "Kapital Bank"da depozitlər 25 milyon 549 min manat artaraq 9 milyard 3 milyon 883 min manata yüksəlib.
Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"ə daxildir. "Kapital Bank" Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan bankdır ( 118 filialı və 54 şöbə).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
6 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
7 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
7 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb






















