“Anglo Asian Mining” mayda “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlamağı planlaşdırır

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti cari ilin may ayında Daşkəsən rayonunda yerləşən “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlamağı planlaşdırır.
Bu barədə şirkətin məlumatında bildirilir.
"Gilar” mədənində ilk filiz cari ilin mart ayında hasil edilib, tam həcmdə hasilata isə mayda başlanılacaq", - məlumatda bildirilib.
Hasilat “Gilar” yatağında "4-cü Zona”da aparılır, burada filiz ehtiyatları 2,4 milyon ton həcmində qiymətləndirilir. Filizdə misin miqdarı 1,47 %, qızılın miqdarı isə 1,78 q/t təşkil edir.
Daha əvvəl verilən məlumata görə, şirkət yaxın aylarda “Gilar”da istehsalı tədricən artırmağı və aylıq 50-60 min ton filiz hasilatına nail olmağı planlaşdırır. 2025-ci ildə AAM yataqdan təxminən 400 min ton filiz hasil etməyi nəzərdə tutur.
AAM həmçinin bildirib ki, martın 31-i tarixinə ümumi dəyəri 7,1 milyon ABŞ dolları olan satılmamış qiymətli metal ehtiyatlarına malikdir. Şirkətin nağd pul vəsaitlərinin həcmi 12,5 milyon ABŞ dolları (31 dekabr 2024-cü il tarixinə 7,1 milyon ABŞ dolları), xalis borcu isə 8,8 milyon ABŞ dolları (31 dekabr 2024-cü il tarixinə 14,8 milyon ABŞ dolları) təşkil edib.
“Gilar” yatağı Gədəbəy müqavilə sahəsində şirkətin emal obyektlərindən təxminən 7 km məsafədə yerləşir. Yatağın JORC standartı üzrə ümumi mineral ehtiyatları 54 min ton mis və 255 min unsiya qızıl təşkil edir.
Strateji inkişaf planına əsasən, AAM 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat təxminən 50-55 min ton həcmində proqnozlaşdırılır. AAM bu artıma 2025-2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında dörd yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 13 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 20 d. əvvəl
- 29 d. əvvəl
-
35 d. əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 36 d. əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır
Ən çox oxunanlar

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI

Azərbaycan neftinin son qiyməti
