"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqaldı
Türkiyə kapitallı "Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 2 milyon 472 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin 191 min manat azalması mümkün zərərlər üzrə yaradılan ehtiyatlara daha böyük məbləğdə vəsait ayrılması ilə əlaqədardır. İlk rübdə "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri, əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"nın faiz gəlirləri 2024-cü ilin 1-ci rübündə 10 milyon 671 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 11 milyon 538 min manat (867 min manat və ya 8,1% artıb),qeyri-faiz gəlirləri 2024-cü ilin 1-ci rübündə 5 milyon 464 min manat ikən, 2025-ci ilin 1-ci rübündə isə 6 milyon 462 min manat təşkil edib (998 min manat və ya 18,3% artıb).
2025-ci ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyon 866 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 1 milyon 480 min manat artıb. Gəlirlərdəki artım xərclərdəki artımdan daha yüksək məbləğdə olduğu üçün Bankın əməliyyat mənfəəti artıb. Lakin mümkün zərərlər üzrə yaradılan ehtiyatlara ayrılan məbləğ 2,6 dəfə artaraq 1 milyon 595 min manata yüksəldiyindən "Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti düşüb.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan"nın əməliyyat mənfəəti 2024-cü ilin 1-cü rübündə 4 milyon 13 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 4 milyon 397 min manat təşkil edib.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştrilərə verilmiş kreditlər) 2025-ci ilin 1-ci rübündə ötən ilin sonu ilə müqayisədə 3 milyon 13 min manat və ya 1%-ə yaxın artaraq 31 Mart 2025-ci il tarixində 320 milyon 602 min manata çatıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATI KEÇİB
2025-ci ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 2 milyon 544 min manat artıb və 31 Mart 2025-ci il tarixində 102 milyon 133 min manata çatıb. Bank 2024-cü ilin sonunda 99 milyon 589 min manat məcmu kapitala malik idi.
"Yapı Kredi Bank Azərbaycan" QSC "Yapı və Kredi Bankası A.Ş"nin (Türkiyə) Azərbaycanda törəmə bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı














.jpg)

.jpg)

