Expressbank Aqrar Biznes Festivalında iştirak edib
(®) Expressbank Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş şəhərində keçirilən Aqrar Biznes Festivalının rəsmi tərəfdaşı olub.
Aqrar sektorun maliyyə imkanlarını artırmaq, fermer və sahibkarları mövcud və yeni dəstək mexanizmləri barədə maarifləndirmək məqsədilə həyata keçirilən festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə baş tutub. Paneldə Expressbankın nümayəndəsi İnayət Qarayev fəal iştirak edərək festival iştirakçılarının suallarını ətraflı cavablandırıb.
Bununla yanaşı, Bank nümayəndələri aqrar sektorda fəaliyyət göstərən sahibkar və fermerlərlə birbaşa ünsiyyət quraraq, bankın təqdim etdiyi maliyyə alətləri, kredit imkanları və kənd təsərrüfatına yönəlik xüsusi məhsullar barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Expressbank bu cür panel sessiyalarının ölkənin müxtəlif iqtisadi bölgələrində davamlı olaraq təşkilini daim dəstəkləyir.
Bankın kənd təsərrüfatı subyektlərinin inkişafına dəstək üçün nəzərdə tutulan məhsulları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Hindistan İran əvəzinə Venesueladan neft alacaq
Rəsmi məzənnələr açıqlandı
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Ən çox oxunanlar
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam









.png)












