Kapital Bank-ın filialları şənbə günləri də fəaliyyət göstərəcək
Müştərilərin təkliflərini nəzərə alaraq Kapital Bank-ın bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək.
Bankın Abşeron, Binəqədi, Qara Qarayev, Şuşa, Sumqayıt, Gəncə, Masallı, Xəzər, Bərdə və Sabirabad filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.
Şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlər – kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əmək haqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















