2025-ci ilin 1-ci rübündə PAŞA Kapital bazar liderliyini təsdiqlədi
(®) Ölkənin kapital bazarlarının inkişafında mühüm rol oynayan və illərdir ki, liderliyini qoruyan PAŞA Kapital, 2025-ci ilin I rübünün yekunlarına əsasən də sektorun lideri olaraq mövqeyini daha da gücləndirib.
Belə ki, Bakı Fond Birjasının ilin ilk rübünün nəticələri üzrə açıqladığı hesabata əsasən PAŞA Kapital 11 milyard 78 milyon manatdan artıq dövriyyə həcmi ilə ilk pillədə qərarlaşıb. Eyni zamanda, Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqlənib.
Kapital bazarlarının inkişafına uğurla töhfə verməyə davam edən PAŞA Kapital İnvestisiya Şirkətinin göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə aşağıdakı kimidir.
- Ümumi dövriyyə həcmi üzrə 62% artım;
- Korporativ istiqrazların dövriyyəsi üzrə 326% artım;
- Repo əməliyyatları üzrə ticarət həcmində 125% artım.
Əlavə olaraq qeyd edək ki, Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 112 milyon manatlıq ticarət dövriyyəsi qeydə alınıb. Eyni zamanda, 326% artım müşahidə olunan korporativ istiqrazlar üzrə ümumi dövriyyə həcmi 769 milyon manat təşkil edib.
Mərkəzi Bankın notları üzrə 2025-ci ilin yanvar-mart aylarında 15 milyon manat, səhmlər bazarında isə 4 milyon manatdan artıq ticarət dövriyyəsi ilə PAŞA Kapital sektordakı birinciliyini qoruyub.
Azərbaycanın aparıcı investisiya şirkəti olan PAŞA Kapital, yerli kapital bazarlarında hüquqi və fiziki şəxslərə brokerlik, anderraytinq, portfel idarəçiliyi, maliyyə məsləhətləri və tədqiqat xidmətləri üzrə geniş spektrli həllər təqdim edir.
Bununla yanaşı, qlobal maliyyə bazarlarında aktiv ticarət imkanları ilə maraqlanan investorlar üçün PAŞA Kapital Ticarət Platforması vasitəsilə 3000-dən çox alətdən istifadə etməklə fərqli investisiya fürsətləri təqdim edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 20 d. əvvəl
-
26 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 36 d. əvvəl
- 48 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər

















