"PAŞA Bank" "Best Private Bank" mükafatına layiq görülüb
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” nüfuzlu “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.
2024-cü ildə də eyni nominasiyada qalib olan Bank yüksək gəlirli şəxslərə göstərdiyi müstəsna maliyyə xidmətlərinə görə bu mükafatla təltif olunub.
“PAŞA Bank”ın özəl və fərdi bankçılıq üzrə baş direktoru Aqşin Mirzəzadə bildirib ki, “CustomerFirst” yanaşması Bankın fəaliyyətinin mərkəzində duran əsas prinsipdir. "PAŞA Bank"ın təkrarən laureatlar siyahısında olması onun müştərilərinə fərdi bankçılıq sahəsində dayanıqlı və yüksək səviyyəli xidmət təqdim etdiyini sübut edir.
“Bankımızın “CustomerFirst” təşəbbüsü və müştəri mərkəzliliyi həmişə uğurumuzun təməl dəyəri olub. Bu baxımdan, dünyanın ən yaxşı özəl bankları arasında yer almaq “PAŞA Bank”ın növbəti nailiyyətidir. Müştərilərimizin ehtiyacları və arzuları hər zaman bizim üçün prioritet təşkil edir. Biz, yüksək gəlirli şəxslərin unikal ehtiyaclarını anlamağa davam edərək, onların maliyyə uğurlarını və uzunmüddətli rifahını təmin etmək üçün çalışırıq,” - deyə, Mirzəzadə qeyd edib.
Özəl və fərdi bankçılıq üzrə baş direktor bildirib ki, Bank “CustomerFirst” müştəriyönümlü yanaşmasını daha da gücləndirərək mükəmməl, innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam edəcək.
Mükafata, 1 iyul 2023-cü il və 30 iyun 2024-cü il tarixləri arasındakı dövrdə yüksək gəlirli müştərilərin xüsusi ehtiyaclarını ən yaxşı şəkildə qarşılamağı bacaran banklar layiq görülüb. Mükafatların təqdimatı mərasimi 19 mart 2025-ci il tarixində Nyu-Yorkda keçirilib.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur və son illər ərzində bir sıra fərqli məhsullarla bazarda çıxış edib. Həmin ildən etibarən özəl bankçılıq seqmentində beynəlxalq təcrübəni təqdim edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Fəaliyyəti nəticəsində əldə etdiyi uğurlara görə fərqli illərdə “PASHA Private Banking” nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı” və “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.
“PASHA Private Banking” xidmətləri haqqında ətraflı məlumat almaq və təklif etdiyi üstünlüklərdən və imtiyazlardan yararlanmaq üçün bu linkə keçid edin.**
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 24 d. əvvəl
- 44 d. əvvəl
-
55 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!












.jpg)







.jpg)



