Qızıl 1-ci, karbamid 2-ci, xurma 3-cü olub -Azərbaycanın qeyri-neft ixracı göstəriciləri açıqlandı
“İxrac icmalı”nın mart sayı dərc olunubİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayını təqdim edib.
Marja xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-fevral aylarında ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 10,2%, kimya sənayesi məhsulları 30%, çay 21,3%, alüminium və ondan hazırlanan məmulatlar 2,8% artıb.
2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (36 milyon ABŞ dolları) ikinci, xurma (30,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (19 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (15 milyon ABŞ dolları) ikinci, pambıq (14,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk iki ayında Rusiya Federasiyasına 150,8 milyon ABŞ dolları, Türkiyəyə 82,8 milyon ABŞ dolları, Gürcüstana 52,9 milyon ABŞ dolları, İsveçrəyə 43,6 milyon ABŞ dolları, Ukraynaya isə 41,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin fevral ayında Rusiya Federasiyasına 69,7 milyon ABŞ dolları, Türkiyəyə 45,7 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları, İsveçrəyə 21,4 milyon ABŞ dolları, Ukraynaya isə 19,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















