Bank sektoru üzrə son rəqəmlər açıqlandı
Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Fevral buraxılışını dərc edib. Marja.az bülletenə istinadən aşağıdakı məlumatları təqdim edir.
Bank sektoru
28 fevral 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 488, şöbələrinin sayı 89, ATM-lərin sayı 3274 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 182 nəfər artaraq 25 min 634 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 561.7 miylon manat, cəmi öhdəlikləri 46 milyard 748.4 milyon manat, balans kapitalı 6 milyard 813.2 miylon manat olmuşdur. Fevral ayında bankların cəmi aktivləri 0.9% (470.9 miylon manat), cəmi öhdəlikləri 0.7% (346.1 miylon manat), balans kapitalı isə 1.9% (124.8 miylon manat) artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.3% və ya 77,7 milyon manat artaraq 27 milyard 592,4 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
1) biznes kreditləri – 53.5% (14 milyard 777 milyon manat);
2) istehlak kreditləri – 31.0% (8 milyard 544 milyon manat)
3) ipoteka kreditləri – 15.5% (4 milyard 271.4 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 37 milyard 837 milyon manat. Depozit portfelinin 61.6%-i (23 milyard 311.7 milyon manat) hüquqi şəxslərin, 38.4%-i (14 milyard 525.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 649.2 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 876.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.6%-i (8 milyard 804.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri fevral ayında 0.7% və ya 57.8 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 351.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin fevral ayında ötən ilin müvafiq dövrünə nisbətən 2.3 faiz bəndi azalaraq 33% təşkil etmişdir.
2025-ci ilin yanvar-fevral ayları ərzində banklar 179.4 milyon manat xalis mənfəət, 275.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Monetar sektor
Cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.4% artaraq 35 milyard 436.5 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 21.8 milyon manat artaraq 2 milyard 607.3 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır. Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 273 min ədəd artaraq 20 milyon 239 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16.7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.2%, kredit kartları üzrə 0.1% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.3 dəfə artmışdır. 2025-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 133 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 210 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 918 milyon manatı POS-terminallar, 3.3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 7.1%, POS-terminalların sayı 37.4% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)







.jpg)










