Trampın tariflərindən ən çox “Toyota” zərər çəkəcək - PROQNOZ
ABŞ prezidenti Donald Trampın tarifləri Asiya avtomobil istehsalçılarına ciddi təsir edəcək və mütəxəssislərin proqnozlarına əsasən, ən böyük zərəri “Toyota” görəcək.
ABŞ-ın avtomobil idxalına tətbiq etdiyi yeni tariflər Asiya avtomobil istehsalçılarını çətin vəziyyətə salıb və şirkətlər gömrük rüsumlarının tətbiq olunmasından əvvəl təzyiq ilə üzləşiblər.
Tramp daha əvvəl ABŞ-da istehsal olunmayan avtomobillərə 25%-lik gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı. Bu bəyanat qlobal avtomobil sənayesində ciddi narahatlığa səbəb olub. “Toyota”-nın səhmləri qərardan sonra üç ticarət sessiyası ərzində 9.4%, “Nissan”-ın səhmləri 9.3%, Cənubi Koreyanın “Hyundai” şirkətinin səhmləri isə 11.2% ucuzlaşıb.
Xüsusilə, Yapon avtomobil istehsalçıları ağır vəziyyətdədir və mütəxəssislər “Toyota”-nın ABŞ-da yüksək satış göstəricilərinə görə ən çox təsirlənəcəyini ehtimal edirlər.
ABŞ avtomobil bazarı üzrə analitik mərkəzlərin məlumatına əsasən, 2024-cü ildə Asiya avtomobil istehsalçıları ABŞ-da ən çox satış edən səkkiz istehsalçıdan altısına çevriliblər. “Toyota” isə “Ford” və “Chevrolet” kimi yerli nəhəngləri geridə qoymaqla 1.98 milyon avtomobil satışı ilə lider olub.
“Tayota”-nın səhmlərinin qiyməti mart ayı ərzində beynəlxalq birjalarda 193.50$ səviyyəsindən 173.20$ səviyyəsinədək ucuzlaşıb.
© "İnvestaz"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)




