Ərəblər Türkiyədə bank aldı
Türkiyənin Rəqabət Xidməti Odeabank-a nəzarətin "Abu Dhabi Developmental Holding" keçirilməsinə icazə verib.
Türkiyədə fəaliyyət göstərən "Odeabank"ın Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabidə yerləşən "Abu Dhabi Developmental Holding Company"ə (ADQ) satışı təsdiqlənib.
Marja.az xəbər verir ki, Türkiyənin Rəqabət Xidməti "Abu Dhabi Developmental Holding Company tərəfindən "Financial Services" MMC vasitəsilə "Odeabank"a nəzarəti ələ keçirməyə icazə verib.
"Abu Dhabi Developmental Holding Company" (ADQ) "Odeabank"ın kapitalının 96 faizini almaq üçün "Bank Audi"nin rəhbərlik etdiyi konsorsiumla razılaşmışdı.
Beləliklə, 2001-ci ildə lisenziya alaraq Türkiyənin bank sektoruna daxil olan "Odeabank" 14 ildən sonra əl dəyişdirir.
Müqaviləyə əsasən, "Bank Audi" özünün 76,419 faiz payını, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 8,009 faiz, Beynəlxalq Maliyyə Korporasiyası(IFC) 6,362 faiz, IFC FIG Investment Company S.a.r.l 3,426 faiz və Mohammad Hassan Zeidan 1 faiz payını ADQ-yə satmağa razılaşmışdı.
"Odeabank", Beyrutda yerləşən "Bank Audi"nin Türkiyədəki şirkətidir.
2 oktyabr 2012-ci il tarixində Bank Tənzimləmə və Nəzarət Təşkilatı tərəfindən əməliyyat lisenziyası təsdiqlənən "Odeabank", 533 milyon 520 min TL nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır.
Türkiyənin 15 şəhərində 41 filialı olan "Odebank"da təxminən 1300 nəfər çalışır.
Birləşmiş Ərəb Əmirliklərinin "Abu Dhabi Developmental Holding Company" şirkəti dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 40 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 45 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
