Qızılın qiymətində daha bir rekord - DAYANMADAN BAHALAŞIR
Qızılın qiyməti ticarət müharibəsinin genişlənməsi ilə bağlı narahatlıqlar səbəbindən yeni rekord həddə çatıb.
ABŞ prezidenti Donald Trampın bütün avtomobil idxalına 25 faizlik rüsum tətbiq edəcəyini bəyan etməsindən sonra ticarət müharibəsinin genişlənməsi ilə bağlı narahatlıqlar investorları təhlükəsiz aktivlərə sövq edib.
Marja.az xəbər verir ki, cümə günü qızıl 0,8% də bahalaşaraq bir unsiyası 3 080 dolları keçərək tarixi ən yüksək səviyyəsinə çatıb (yeni rekord).
Tramp cümə axşamı avtomobil idxalına tarifləri (gömrük rüsumlarını) rəsmən təsdiqləyərək, Avropa İttifaqı və Kanadanın Birləşmiş Ştatlara iqtisadi zərər vurmaq üçün birləşsələr, daha sərt sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib. Bazarlar həmçinin aprelin 2-də qüvvəyə minəcək yeni ticarət vergilərinə hazırlaşır. Ağ Ev “qarşılıqlı tariflər” tətbiq edəcəyini bəyan etsə də, planın tam əhatə dairəsi hələ dəqiqləşdirilməyib.
Qızıl bu il təxminən 16 faiz dəyər qazanıb və ən azı 15 dəfə rekord həddə çatıb. Geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda mərkəzi bankların alışları və investorların təhlükəsiz aktivlərə olan tələbi qızıl qiymətlərini dəstəkləməyə davam edir. Bu amillər ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi bankı) bu il faiz dərəcələrini azaldacağına dair bazar gözləntiləri də qızılın bahalaşmasına kömək edib. Aşağı faiz dərəcələri çox vaxt faizsiz qızılı daha cəlbedici edir.
Böyük banklar qızılın qiymət proqnozlarına yenidən baxıblar. Goldman Sachs bu həftə ilin sonuna qiymət proqnozunu bir unsiya üçün 3300 dollara qaldırıb. Bank bu artımın əsas səbəbləri kimi mərkəzi banklardan yüksək tələbat və qızılla dəstəklənən birja fondlarına (ETF) güclü axını göstərib.
Gümüş qiyməti də 2012-ci ildən bəri ən yüksək səviyyəyə yaxınlaşır.
Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, qızıl 0,8 faiz bahalaşaraq bir unsiya üçün 3081,69 dollara ticarət olunub. Qızıl bu həftə 2 faizə yaxın bahalaşaıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 21 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 26 d. əvvəl
- 36 d. əvvəl
- 43 d. əvvəl
- 52 d. əvvəl
-
58 d. əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 59 d. əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
