77 mindən çox vergi ödəyicisində 151 minə yaxın vergi yoxlaması - ƏLAVƏ 1,2 MİLYARD VERGİ HESABLANIB
Azərbaycanda kameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb.
Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 329 milyon manatının və yaxud 28,1 %-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 58 milyon manat və yaxud 21,4 % çoxdur.
Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 999,6 milyon manatı və yaxud 85,5 % elektron uyğunsuzluq əsasında aparılmış yoxlama ilə, 169,3 milyon manat və yaxud 14,5 %-i isə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar uyğunsuzluq əsasında aparılmış yoxlama ilə hesablanıb.
Hesablanmış vergilərin ümumi məbləğinin 734,7 milyon manatını və yaxud 62,9 %-ni əlavə dəyər vergisi, 269,2 milyon manatını və yaxud 23 %-ni mənfəət vergisi, 63,6 milyon manatını və yaxud 5,4 %-ni gəlir vergisi, 15,7 milyon manatını və yaxud 1,3 %-ni sadələşdirilmiş vergi, 58,7 milyon manatını və yaxud 5 %-ni vahid bəyannamə üzrə vergilər, 27 milyon manatını və yaxud 2,3 %-ni isə digər vergilər təşkil edib.
Ötən il kameral vergi yoxlaması üzrə 6,8 min şikayət daxil olub ki, bu da il üzrə ümumi kameral yoxlamaların sayında cəmi 4,5 % paya malik olub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 34 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)



