Azərbaycan iqtisadiyyatı cüzi artıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 72,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artmışdır.
ÜDM istehsalının 38,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 22,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olmuşdur.
Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi 25 faizə yaxın azalıb
Dövlət Statistika Komitəsi əsas kapitala yönəldilmiş investisiyalar haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 8,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilmişdir.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olmuşdur.
İstifadə olunmuş investisiyanın 1050,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 661,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 558 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Sənaye istehsalı da azalıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artmışdır.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 48 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,3% artaraq 3,3 milyard dollara çatıb
-
2 saat əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
2 saat əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
-
2 saat əvvəl
“BakuBus” Qarabağ üçün elektrik avtobusları alır - 16,7 MİLYON MANATLIQ MÜQAVİLƏ
- 4 saat əvvəl
-
4 saat əvvəl
“BOS Shelf"ə 156 milyon dollarlıq iş sifariş olundu - MÜQAVİLƏ İMZLANIB
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Ən çox oxunanlar
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
2026-cı ilin dövlət büdcəsi qəbul edildi
Milli Məclis DSMF-nin və İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcələrini qəbul etdi






















