Rublun bahalaşması davam edə bilər?
Rusiya Mərkəzi Bankı 2024-cü ilin avqust ayından bəri ilk dəfə dolların rəsmi məzənnəsini 86 rubl səviyyəsindən aşağı - 85,9279 rubl səviyyəsində müəyyən edib.
Marja.az-ın məlumatına görə, "Alfa Capital Management Company"nin baş treyderi Vladislav Silayev bildirib ki, rublun əsas hərəkətverici qüvvəsi hələ də eynidir - geosiyasət.
“Bu həftə Rusiyada daha bir vergi dövrü davam edir. Onun pik nöqtəsi ayın 28-də olacaq - bu tarixə qədər rublun vergi ödəyicilərinin valyuta satışları hesabına maksimum möhkəmlənməsini görmək mümkün olacaq”, - ekspert hesab edib.
“Tsifra Broker”in aparıcı analitiki Nataliya Pıryeva qeyd edib ki, rublu - geosiyasət, Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşması, beynəlxalq ticarətin potensial bərpası və xarici kapitalın Rusiyaya qaytarılması ilə bağlı nikbinlik dəstəkləyir.
“Mənfi reallıqda özünü göstərir – tədiyə balansının cari göstəriciləri zəif olaraq qalır, neft bazarında vəziyyət o qədər də ürəkaçan deyil”, - ekspert əlavə edib.
"Alor Broker İnvestisiya Şirkəti"nin investisiya konsaltinqinin rəhbəri Aleksey Antonov hesab edir ki, rublun korreksiyaedici zəifləməsi sadəcə zəruridir.
“Rusiya valyutasının gələcək dinamikası Ukrayna ilə bağlı danışıqlara dair xəbərlərin fonundan asılı olacaq, lakin biz güclü ucuzlaşma proseslərini proqnozlaşdırmırıq”, - Antonov deyib.
Bununla belə, "BCS World of Investments"in eksperti Mixail Zeltser qeyd edib ki, xarici valyutalar texniki cəhətdən zəifdir. Onun hesablamalarına görə, dollara dəstək səviyyəsi 85 rubl, avro üçün isə 90 rubldur.
“Əsas etibarilə vergi dövrü başa çatır, valyuta satıcılarının töhfəsi tezliklə azalacaq və fevralın 27-də neft sənayesinə qarşı yanvar ayında elan edilmiş sanksiyalar qüvvəyə minəcək. Ola bilsin ki, rubl bir qədər ucuzlaşacaq, - analitik proqnozlaşdırır.
"Pervaya İdarəetmə Şirkəti"nin baş analitiki Natalia Vaschelyuk deyir ki, qarşıdakı həftədə geosiyasətin valyuta bazarına təsiri yüksək qala, dolların məzənnəsi isə 85–95 rubl, yuan isə 11,6–13 rubl diapazonda ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)

