Ailənin 7 uşağının ölməsilə dünya brendi yarandı
HİPP körpə və kiçik uşaqlara xüsusi üzvi mamalar istehsal edən dünyanın ən iri şirkətlərindən biridir.
"Marja" xəbər verir ki, Hipp brendinin yaranması, Hipp ailəsinin çox dramatik hadisələr yaşaması ilə bağlıdır. Belə ki, ailə 1899-ci ildə səkkiz uşağının yeddisini qida çatışmazlığı səbəbindən itirir. Bundan sonra ailə süd, biskvit və qalet ununu qarışdıraraq bir mama hazırlayırlar. Hazırladıqları bu mamanı öz yaxınlarına paylamağa başlayır və sonra 1901-ci ildə də mamanı paketləyərək öz şirniyyat dükanında satırlar. Bu şirniyyat dükanı hələ də Almaniyada Münhendə fəaliyyət göstərir. Əkinçiliklə məşğul olan ailə, 1932-ci ildə Almaniyada ilk zavodlarını qurur; 1950-ci illərin ortalarında da əllərindəki əraziləri Doktor Hans Müllerin töhfələri orqanik kənd təsərrüfatı sahələrinə çevirirlər.
Körpə mamasının ilk sənaye istehsalı ilə bərabər Corc Hipp (George Hipp) 1956-cı ildə kimyəvi maddələr istifadə etmədən meyvə və tərəvəzlərin əkiminə başlayıb. Üzvi-bioloji kənd təsərrüfatının öncüllərindən biri, isveçrəli Doktor Hans Müllerin fikrindən yola çıxaraq orqanik xammallardan körpə mamaları istehsal edir və bir tərəfdən də Claus Hipp (Corc Hippin qardaşı) bütün fermerləri tək-tək ziyarət etməyə başlayır. O, mərhələli olaraq fermerləri inandırmağa və orqanik kənd təsərrüfatı istehsalçılarından ibarət bir şəbəkə yaratmağa başlayır.
Bu gün 72 ölkədə satışda olan HİPP 540 növdən ibarət olan məhsul çeşidi ilə ananın hamiləlik dövründən başlayaraq körpənin uşaqlıq dövrünü də əhatə edəcək qədər geniş bir dövrü dəstəkləyən ərzaq və kosmetik məhsullara malikdir. Orqanik körpə südləri, qaşıq mamaları, meyvə və tərəvəz püreləri, biskvitlər, atışdırmalıqlar, çaylar, ana südü çoxaldıcı çaylar, ana və körpə kosmetik məhsulları bu məhsullar arasındadır. Hipp Azərbaycanda da körpə maması bazarında mühüm yer tutur.
6 mindən çox fermer ilə çalışan, dünyanın ən böyük orqanik xammal istehsalçısı olan Hipp-in Almaniya, Avstriya, Xorvatiya, Fransa, Belçika, Macarıstan, Rusiya, İsveçrə və Ukraynada olmaqla cəmi 22 istehsal kompleksi mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 d. əvvəl
-
27 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 32 d. əvvəl
- 46 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
















.jpg)









