BTC vasitəsilə ixrac olunmuş xam neft və kondensat azalıb
2024-cü il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 146 milyon dollar, əsaslı xərclərə isə 44 milyon dollar vəsait xərclənmişdir.
Marja.az xəbər verir ki, bu, "bp-Azərbaycan"ın Biznes əməliyyatları haqqında hesabatında bildirilir.
Qeyd edilib ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
2024-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Xatırladaq ki, 2023-cü il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 120 milyon dollar, əsaslı xərclərə isə 46 milyon dollar vəsait xərclənmişdir.
2023-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 313 tankerə yüklənmiş və yola salınmışdı.
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























