Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü ABŞ-da inflyasiyaya dair göstəricilərin proqnozların üzərində dərc olunması və Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışı fonunda beynəlxalq birjalarda volatillik artıb. Belə ki, EUR/USD valyuta cütlüyü istehlak qiymətlərinə dair məlumatlar açıqlandıqdan sonra 1.0317 səviyyəsinə qədər gerilədi, lakin, bir necə saat ərzində 1.0429 səviyyəsinə kimi kəskin bahalaşdı. Hazırda məzənnə 1.0433 səviyyəsindədir.
GBP/USD cütlüyü eyni dövr ərzində 1.2375 həddinə qədər ucuzlaşdıqdan sonra 1.2495 həddinə qədər kəskin bahalaşdı. USD/JPY cütlüyü isə 154.790 səviyyəsinə qədər bahalaşdı. Dolların təzyiq altında qalması qızılın qiymətinin qalxmasına səbəb oldu. Dəyərli metal 2864$ həddini aşağıya doğru test etdikdən sonra 2921$ həddinin üzərinə qalxdı. “Brent” markalı neftin qiyməti dünən başlayan eniş tendensiyasını davam etdirib. “Qara qızıl” hazırda 75.20$ səviyyəsində ticarət olunur.
Ötən gün ABŞ-ın Əmək Departamentinin verdiyi məlumata əsasən, ölkədə illik inflyasiya dekabr ayı ilə müqayisədə yanvar ayında 2.9%-dən 3%-dək artıb. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək artım tempi olub. Dərc olunan göstərici analitiklərin 2.9%-lik proqnozunu üstələyib. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi yanvar ayında 0.4%-dən 0.5%-ə qədər yüksəlib və analitiklərin proqnozlarının üzərində dərc olunub. Ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (CPİ Core) aylıq ifadədə 0.4%, illik ifadədə isə 3.3% artıblar.
Yanvarda ABŞ dövlət büdcəsinin kəsiri 128.64 milyard dollar təşkil edib ki, bu da, ötən ilin eyni ayı ilə (21.93 milyard dollar) müqayisədə demək olar ki, altı dəfə çoxdur. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Büdcə gəlirləri keçən ay 7.5% artaraq ötən ilki 477.32 milyard dollardan 513.294 milyard dollara çatıb. Eyni zamanda, xərclər 28.6% artaraq 499.25 milyard dollardan 641.935 milyard dollara qədər yüksəlib. Oktyabrın 1-də başlayan 2025-ci maliyyə ilinin ilk dörd ayında ABŞ-ın dövlət büdcəsinin kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 dəfə (58%) artaraq rekord həddə - 839.585 milyard dollara çatıb.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Böyük Britaniyada dərc olunacaq ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu göstəriciləri investorların diqqət mərkəzində olacaq. Həmçinin, eyni saatda Almaniyada İstehlak Qiymətləri İndeksi göstəriciləri açıqlanacaq. Əlavə olaraq, Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi, eləcə də ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və İstehsal Qiymətləri İndeksi bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat əvvəl
-
10 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
1 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
1 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
1 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib

















