iPhone istehsalçısından "Nissan" açıqlaması
Tayvanda yerləşən texnologiya nəhəngi Foxconn-un sədri Young Liu, şirkətinin Yapon avtomobil istehsalçısı Nissan ilə əməkdaşlıq etmək niyyətində olduğunu, lakin heç bir satınalma planının olmadığını açıqlayıb.Tayvanda yerləşən texnologiya nəhəngi Foxconn-un sədri Young Liu, şirkətinin Yapon avtomobil istehsalçısı Nissan ilə əməkdaşlıq etmək niyyətində olduğunu, lakin heç bir satın alma planının olmadığını açıqlayıb.
Marja.az xəbər verir ki, Nissan çətin bir dövr keçirir. Şirkətin keçən həftə Honda ilə birləşmə danışıqlarını dayandırdığı barədə məlumat yayılıb. Birləşma baş tutsaydı, dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı yaranacaqdı.
Reuters-in məlumatına görə, Nissan Foxconn ilə əməkdaşlığa açıqdır. Apple-ın əsas iPhone istehsalçısı olan Foxconn dünyanın ən böyük elektronika istehsalçısı kimi tanınır.
Tayvanın paytaxtı Taypey yaxınlığındakı şirkətin qərargahında jurnalistlərə açıqlama verən Young Liu, "Məqsədimiz Nissan-ın səhmlərini almaq deyil, əməkdaşlıq etməkdir" deyib.
Həmçinin Liu Nissan-ın səhmdarı olan Fransanın avtomobil istehsalçısı Renault ilə əməkdaşlıq danışıqları apardıqlarını açıqlayıb.
Bir müddət əvvəl, Reuters mənbələrə istinadən xəbər verib ki, Nissan-ın baş direktoru Honda-nın icraçı direktoruna birləşmə danışıqlarını dayandırmaq niyyəti barədə məlumat verib. Agentliyin məlumatına görə, yapon avtomobil istehsalçıları arasında danışıqlar onunla çətinləşib ki, Honda Nissan-ı özünün törəmə şirkəti kimi görmək istəyir, Nissan isə bərabər şərtlərlə sövdələşməyə can atır. Tərəflər fevralın ortalarında təfərrüatları təqdim edəcəklərini xatırladaraq, danışıqların gedişatını şərh etmirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)





.jpg)





