İnşaat sahəsində karyera qurmaq istəyənlərə şad xəbər
Kristal Abşeron və “Changers Academy”dən tədris və iş imkanı!(®) Kristal Abşeron və “Changers Academy” birgə əməkdaşlıq çərçivəsində yeni tədris və iş proqramı təqdim edir. Bu proqram tikinti sahəsində təcrübə qazanmaq, karyerasına sıfırdan başlamaq və mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Tikinti layihələrinin idarə olunması tədris proqramı 3 ay müddətində davam edəcək və bu müddət ərzində iştirakçılar layihə idarəetmə prinsipləri, inşaat proseslərinin mərhələləri, resurs planlaması, büdcə, vaxt və risklərin idarə edilməsi kimi sahələrdə biliklər əldə edəcəklər. Tədris müddətində tələbələr Kristal Abşeronun inşaat layihələrində iştirak edərək sahə və ofis texniki gəzintilərində yer alacaq, real praktiki təcrübə qazanacaqlar.

Tədris proqramını uğurla tamamlayan iştirakçılar Kristal Abşeronda iş imkanı əldə etmək şansı qazanacaqlar. Hazırda qeydiyyat davam edir və qısa müddət ərzində yeni qrupların tədrisə başlaması planlaşdırılır.
Proqramın əsas üstünlüyü ondadır ki, iştirakçılar öyrəndikləri nəzəri bilikləri birbaşa real layihələr üzərində tətbiq edəcəklər. Tədrisi Kristal Abşeron şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri Elmin Yusifov aparacaq. O, Azərbaycan, Türkiyə və Gürcüstanda mühüm tikinti layihələrinin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

“Changers Academy ” müasir dövrdə tələbatın yüksək olduğu sahələr üzrə ixtisaslaşmış tədris müəssisəsidir. Akademiya Tikinti layihələrinin idarə olunmasından başqa Dijital Memarlıq, Rəqəmsal Marketinq, İnteryer dizayn, Qrafik və Motion dizayn kimi istiqamətlərdə peşəkar mütəxəssislər yetişdirir.

Qeydiyyat və əlavə məlumat üçün 010 255 75 55 nömrəsi ilə əlaqə saxlaya və ya İnşaatçılar metro stansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 104 ünvanında yerləşən ofisə yaxınlaşa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
42 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 45 d. əvvəl
-
54 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
57 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)



