AZAL-ın gəliri və xalis mənfəəti artıb - 1,5 MİLYARD MANATA YAXINLAŞIB
Quru sərhədlər bağlı ikən, "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2023-cü ili 117 milyon 683 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, AZAL-ın xalis mənfəəti 2022-ci illə müqayisədə 2023-cü ildə 7 milyon 63 min manat və ya 6,4% artıb.
Marja.az xəbər verir ki, AZAL-ın daşımalar üzrə və sair gəlirləri 2022-ci ildə 1 milyard 149 milyon 954 min manat ikən, 2023-cü ildə 1 milyard 473 milyon 161 min manat təşkil edib (323 milyon 207 min manat və ya 28,1% artıb).
2023-cü ildə AZAL-ın dövlətdən aldığı subsidiya 5 dəfədən çox azalaraq 21 milyon 240 min manat təşkil edib. Şirkət 2022-ci ildə dövlətdən 108 milyon 809 min manat subsidiya almışdı.
2023-cü ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 496 milyon 170 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 349 milyon 641 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 146 milyon 529 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 28 milyon 846 min manat mənfəət vergisi ödəyib.
ÖHDƏLİKLƏRİ AKTİVLƏRİNİ ÜSTƏLƏYİB
31 dekabr 2023-cü il tarixində AZAL-ın cəmi aktivləri 2 milyard 640 milyon 517 min manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 5,2 % artaraq 3 milyard 169 milyon 624 min manata çatıb, balans kapitalının çatışmazlığı isə 31,5% azalaraq 529 milyon 107 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























