
İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətləri müəyyən edəcək
Nazirlər Kabineti alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydasını iki ay müddətində təsdiq etməlidir. Qayda təsdiq edildikdən sonrakı üç ay müddətində alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətlər İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
“Maddə 29-1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması
29-1.1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilir.
29-1.2. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Nazirlər Kabineti) tərəfindən təsdiq olunur.
29-1.3. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır".
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə, həmin Qanunun 29-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin Qanunun 29-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti - İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-1.2-ci maddəsinə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-1.1-ci maddəsinə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
7 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
8 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
