Azərbaycanda mal-qaranın, qoyun və keçilərin sayı azalıb
2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 659 min ton ət, 2 milyon 298,5 min ton süd, 2 milyard 300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunmuşdur. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz artmış, yun istehsalı 2,2 faiz, barama istehsalı 32,9 faiz azalmışdır.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, 2024-cü ildə hər inək və camışdan orta hesabla 1834 kiloqram (2023-cü ildə 1746 kq) süd sağılmışdır.
İlkin məlumatlara görə 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 223,1 min baş inək və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir. 2023-cü illə müqayisədə 20214-cü ildə iribuynuzlu mal-qaranın sayı 1,9% və ya 48 min baş, qoyun və keçilərin sayı isə 3% və ya 210,4 min baş azalıb.
2024-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 82,3 min ton quş əti və 1 milyard 148,7 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 12 milyon 91,5 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 248 ədəd yumurta alınmışdır.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
-
15 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
30 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı



























