Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin əvvəlindən başlayan dolların artım tendensiyası dünən bir qədər səngiyib. Belə ki, EUR/USD valyuta cütlüyü dünən 2022-ci ilin oktyabr ayında bəri ən aşağı səviyyəyə qədər enib. Lakin, sonra korrektiv olaraq bahalaşıb. 1.0178 səviyyəsini test etdikdən sonra cütlük 1.0276 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü isə 2023-cü ilin oktyabr ayından bəri ilk dəfədir ki, 1.2098 həddinə qədər ucuzlaşıb.
Major valyutaların ucuzlaşması fonunda “güvənli liman” missiyası daşıyan qızılın dəyəri artır. Qiymətli metal 2657$ səviyyəsindən 2675$ səviyyəsinə qədər bahalaşıb. Neftin qiyməti isə Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyalar fonunda 80$-lıq dəstək həddinin üzərində qalmağda davam edir. Hal-hazırda “Brent” markalı neftin bir barreli 80.75$-a ticarət olunur.
Ağ Evin qabaqcıl süni intellekt çiplərinin ixracına yeni məhdudiyyətlər tətbiq etmək planlarını elan etdikdən sonra İT şirkətlərin səhmləri eniş tendensiyasında lider olublar. Belə ki, “Nvidia” səhmləri 2%, “Micron Technology” - 4.3%, “TSMC” isə 3.3% ucuzlaşıb. Eyni zamanda, “AMD” (+1.16%) və “Intel” (+0,37%) şirkətlərinin səhmləri müsbət dinamika nümayiş etdirib. “Amazon” səhmləri 0.2%, “Apple” 1.07%, “Microsoft” 0.41%, “Tesla” isə 2.14% bahalaşıb.
Dünən dərc olunan məlumatlara əsasən, Türkiyədə noyabr ayında Pərakəndə Satış Dövriyyəsinin Həcmi aylıq ifadədə 1.9%, illik ifadədə isə 16.4% artıb. Bugün isə investorlar Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksini diqqətlə izləyəcəklər. Həmçinin, Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) hesabatı dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
7 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 25 d. əvvəl
- 55 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb




























