"Qatar və avtomobildə gediş haqqı qiymətlərinin müqayisəsi tam doğru yanaşma deyil"

Bakıdan Balakənə avtobus, mikroavtobus və taksilər də sərnişindaşıma xidməti göstərir. Qatar ilə avtomobil nəqliyyatı vasitələrində gediş haqqı qiymətinin müqayisəsi tam doğru yanaşma deyil. İlk növbədə, nəzərə almaq lazımdır ki, qatar daha komfortludur və qatarda səfər daha təhlükəsizdir
Marja.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov bildirib.
Azər Fərəcov qeyd edib ki. əlavə olaraq, gecə qatarları ilə səyahət həm rahat yatıb dincəlmək, həm də gecələmə xərclərinə qənaət etmək imkanı verir.
Bundan başqa, əlverişsiz hava şəraiti, yolda hər hansı gözlənilməz hadisə (qəza və s.) avtomobil nəqliyyatı vasitələrinin mənzil başına gecikmə ilə çatması ilə nəticələnir. Lakin qatarın öz yolu var və burada hərəkətə mane olan amillər digər nəqliyyat vasitələri ilə müqayisədə daha azdır. Qiymətlərə nəzər saldıqda aydın olur ki, qatarla səyahətin minimum qiyməti, əslində, avtobusla eyni istiqamətdə səyahətin qiymətindən çox da fərqlənmir, digər avtomobil nəqliyyatı vasitələrində gediş haqqı ilə müqayisədə isə aşağıdır. Halbuki, yuxarıda da göstərildiyi kimi, dəmir yolları ilə sərnişindaşımanın təşkili xərcləri daha yüksəkdir. Avtomobil nəqliyyatı vasitələrindən fərqli olaraq, qatarlarda sərnişinlərə səyahət seçimi imkanı yaradılır, başqa sözlə, sərnişin komfort sinfini özü seçə bilir.
Azər Fərəcov qiymətləri müqayisə edərək bildirib ki, Bakıdan Şəkiyə və Qaxa gediş haqqı avtobusla müvafiq olaraq 13,39 və 14,81 manat, mikroavtobusla (“Vito”) 20 manatdır. Şəkiyə çatma müddəti 5 saat, əlverişsiz hava şəraitində isə 5 saat yarım təşkil edir, Qaxa isə 5 saat – 5 saat yarım, əlverişsiz hava şəraitində isə 6 saat təşkil edir. Taksi ilə Şəki və Qaxa gediş haqqı 25 manatdır. Qatarla isə Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymət standart sinif üzrə 14,8 manatdır.
Bakıdan Zaqatalaya və Balakənə gediş haqqı avtobusla 15,82 və 16,84 manat, mikroavtobusla 25 manatdır. Zaqatalaya çatma müddəti 5 saat yarım – 6 saat, əlverişsiz hava şəraitində isə 6 saat yarım, Balakənə isə 6 saat – 6 saat yarım, əlverişsiz hava şəraitində isə 7 saat təşkil edir. Taksi ilə Zaqatala və Balakənə səfər 25-30 manat təşkil edir. Qatarla isə Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymət standart sinif üzrə 16,4 manat, Balakən stansiyasına isə 18 manatdır.
"O ki, qaldı dəmir yolu stansiya və dayanacaqlarının bəzi rayonlarda yaşayış məntəqələrindən bir qədər kənarda yerləşməsinə, qatarlar dəmir yolu stansiyalarında dayandığı kimi, avtobuslar da avtovağzallarda dayanır. Yəni sərnişinlər avtovağzala gəlmək üçün müəyyən məsafə qət etdikləri kimi, dəmir yolu stansiyalarına qədər də müəyyən məsafə qət edirlər".
Azər Fərəcov qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC transformasiya prosesindən keçib: "Bununla da ADY həm texniki standartlar, həm də müştəri xidmətləri standartları, təhlükəsizliyin təmini və müştəri məmnuniyyətinin artırılması baxımından yeni səviyyəyə keçib. Bu məqsədlə Bakı-Balakən-Bakı marşrutu üzrə əvvəllər mövcud olan PL, KP, SV tipli yerlər standart, standart+ və biznes yerlər kimi dəyişdirilib və hər bir sinif üçün yeni xidmətlər (səfər dəsti, keytrinq xidməti, “Wi-Fi” və s.) müəyyən edilib. Bu xidmətlər digər marşrutlarda olduğu kimi biletin qiymətinə daxildir. Bakı-Balakən-Bakı marşrutu üzrə standart sinfə əlavə xidmətlər – səfər dəsti (qazsız su, nəm və quru salfet, qulaq tıxacı), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal daxildir.
Qatarla daha komfort şəraitdə səyahət etmək sərnişinlərə standart+ və biznes sinifləri də təklif edilir. Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 63,3 manat, Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər standart+ sinif üzrə 23,9 manat, biznes sinif üzrə 67,7 manat, Balakən stansiyasına minimum qiymətlər standart+ üzrə 27 manat, biznes sinif üzrə 72 manatdır.
Əslində, standart+ və biznes siniflər üzrə yerlər və müvafiq olaraq biletlərin sayı çox deyil. Biznes sinif 2 nəfərlik olduğu üçün bu da qiymətə təsir edir. Belə ki, digər sinifdə – standart+da yerlər 4 nəfərlikdir.
Biznes sinfə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (səhər yeməyi; kükü; çay / kofe limitsiz; keks), standart+ sinfə isə səfər dəsti (qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası), yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü) + dəsmal və qidalanma (sendviç; meyvə şirəsi; çay / kofe 1 dəfə ödənişsiz) daxildir.
Sərnişinlər Bakıdan Balakənə qədər 11 stansiya və dayanacaqdan istifadə edirlər – Bakı, Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən.
Daha bir xidmət “Stadler” qatarları ilə müqayisədə sərnişinin yataq tipli qatarlarda özü ilə pulsuz olaraq daha çox yük aparmasına imkan verilməsidir. Bakı–Balakən–Bakı qatarlarında Standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kiloqramdır, biznes sinif üçün isə 50 kiloqramdır. Bu, “Stadler” qatarlarında 23 kiloqramdır".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
5 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
6 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
10 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
11 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
11 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
