Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə günü iqtisadi məlumatların dərc olunması fonunda dollarin kəskin bahalaşması tendensiyası bir qədər səngiyib. Lakin, bugün səhər saatlarında dollar bir qədər bahalaşaraq öz mövqelərini bərpa edə bilib. EUR/USD valyuta cütlüyü dünən 1.0273 səviyyəsindən 1.0324 səviyyəsinə qədər bahalaşdı. EUR/GBP cütlüyü 0.8283 həddindən bahalaşmağa başlayıb və hal-hazırda 0.8358 səviyyəsində ticarət olunur.
“Brent” markalı neftin qiyməti ötən gün 78.20$ səviyyəsini test etdikdən sonra kəskin ucuzlaşaraq 75.95$ səviyyəsinə qədər geriləyib. Qızıl isə 2670$-a qədər bahalaşandan sonra ucuzlaşıb və hazırda 2659$ civarında qərarlaşıb.
FOMC-un son toplantısının dünən dərc olunan protokollarına əsasən, demək olar ki, əksər FED rəsmiləri, inflyasiyanın artması riskinin yüksəldiyinə inanırlar. Bu, gözləniləndən yüksək inflyasiya məlumatları, eləcə də, ticarət və immiqrasiya siyasətlərində mümkün dəyişikliklərlə bağlıdır. Toplantı iştirakçıları inflyasiyanın 2%-ə doğru irəliləyəcəyini proqnoz etmişdilər, baxmayaraq ki, onlar prosesin əvvəllər düşünüldüyündən daha uzun çəkə biləcəyini qeyd edirdilər. Həmçinin, FED rəsmiləri bildirdilər ki, tənzimləyici qurum yumşaltma siyasətinin sürətinin azaltmağın məqsədəuyğun olacağı bir nöqtədə və ya ona yaxın bir dövrdədir.
Ötən gün “Automatic Data Processing” (ADP) analitik şirkətinin press-relizində verilən məlumatlara əsasən, dekabr ayında ABŞ-ın Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı 122 min təşkil edib. Analitiklər göstəricinin 140 min artacağını proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, dərc olunan nəticə son 4 ay əzində ən aşağı göstəricidir.
ABŞ-ın Əmək Nazirliyinin hesabatına əsasən, ölkədə ötən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 211 min nəfərdən 201 min nəfərə qədər azalaraq, 11 ayın ən aşağı səviyyəsinə qədər enib.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Almaniyada açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq xəbərlərdir. Həmçinin, Avropa Mərkəzi Bankının (ECB) aylıq hesabatı dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
14 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 24 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb

























