Bu dövlət müəssisəsi 6 milyon 150 min manata özəlləşdirildi
2025-ci ilin ilk hərracı keçirilib. Hərracda 6.150.000 manata "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyət özəlləşdirilib. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub.
Marja.az Xidmətə istinadən xəbər verir ki, hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlaklara ümumilikdə, 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.
Özəlləşdirilən müəssisə "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 6 milyon 150 min manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətli edib. Belə ki, start qiyməti 6.750 manat olan “Sobol” markalı avtomobil 10.000 manata, 11.250 manat olan “BMW 740 Li” markalı avtomobil 15.000 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb.
İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.
Müştərilərin xəbərləri

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 36 d. əvvəl
- 41 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
-
1 saat əvvəl
Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
-
1 saat əvvəl
Bakı Fond Birjası ilk dəfə istiqrazların ticarətində “təmiz qiymət” prinsipini tətbiq edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana avtomobil idxalında "partlayış" yaşanır — Yeni rekorda doğru gedir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

Azərbaycan şirkəti Özbəkistanda konserv zavodu tikəcək

Oktyabrın 17-də gözlənilən hava şəraiti

Azərbaycanın xarici ticarətində mənfi vəziyyət

Qeyri-vergi gəlirləri 2025-də pikə çatdıqdan sonra aşağı düşəcək - Vergi gəlirləriı üzrə kəskin artım nəzərdə tutulur
Ən çox oxunanlar

Azərbaycanın 2026–2029-cu illər üzrə dövlət büdcəsi proqnozları: gəlirlər artacaq, xərclər yüksələcək

Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir

Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək

Rəsmi məzənnnələr açıqlandı

Qızıl yenə rekord qırdı - HƏR GÜN BAHALAŞIR

Kredit şirkəti illik 15 faizlə 2 milyon manat borc alır

“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib

Dövlət bankı “Azər-Türk Bank” maliyyə vəziyyətini açıqladı
