ATİB maliyyə göstəricilərini açıqlayıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ümumi gəlirləri 167 min 780 manat təşkil edib.
Bunu ATİB-in İdarə Heyəti sədrinin müavini Tahsin Gündəm “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, gəlirlər əsasən üzvlük haqlarından əldə olunub. Belə ki, 66 müxtəlif müəssisə və şəxsdən üzvlük haqqı, 23 müəssisə və şəxsdən isə sponsorluq və ianələr daxil olub.
Hesabat dövründə qurumun ümumi xərcləri 184 min 907 manat təşkil edib. Xərclərin əsas hissəsi müxtəlif tədbir və toplantıların təşkili, ofis binasının icarəsi, əməkdaşların əməkhaqları, sosial ödənişlər və digər fəaliyyətlərlə bağlı olub.
T. Gündəm bildirib ki, noyabrın sonuna ATİB-in bütün maliyyə öhdəlikləri tam olaraq yerinə yetirilib. Birliyin aktivləri əsasən 3 min 490 manatlıq pul vəsaitləri və 5,2 min manatlıq debitor borclarından ibarətdir.
Qeyd edək ki, ATİB 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türkiyə İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlayıb. Hazırda Birliyin 86 üzvü var.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















