“Ekol Mühəndislik Xidmətləri”nin gəlirləri azalıb, mənfəətdən zərər keçib

“Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ili 2 milyon 340 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 1 miylon 856 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il şirkətin satışı azalıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Ekol Mühəndislik Xidmətləri”nin əsas əməliyyat gəlirləri (satış) 2022-ci ildə 40 milyon 905 min manat ikən, 2023-cü ildə 35 milyon 66 min manata düşüb (5 milyon 839 min manat və ya 14,3% azalıb. )
Ötən il “Ekol Mühəndislik Xidmətləri”nin cəmi əməliyyat xərcləri 1 milyon 177 min manat və ya 3,2 faiz azalaraq 35 milyon 495 min manata geriləyib. Gəlirlər xərclərdən daha çox azaldığı üçün Şirkət ötən ili zərər ilə bağlayıb.
Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-cı ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
Əlavə edək ki, Rəşad Mustafayev 2023-cü ilin oktyabr ayında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru vəzifəsinə gətirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
-
24 d. əvvəl
"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi
- 1 saat əvvəl
-
2 saat əvvəl
BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

Azərbaycan neftinin son qiyməti

Tenderlərdə tez-tez qalib olan şirkət qazancını açıqladı

200 manata tutulan kirayə mənzili, sənədlərdə 400 manat göstərib - Yarım milyon manatlıq dələduzluqda ittiham olunur

Azərkosmos-da kosmik zərər

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Qızılın qiyməti tarixinin ən yüksək səviyyəsində

Rəsmi məzənnələr açıqlandı

İlham Əliyev paradı izləyib
