
Kakaonun qiyməti 13 min dollara yaxınlaşıb
Bir ton kakaonun qiyməti 12 min 931 dollarla tarixi pik həddinə çatıb. İlin əvvəlindən kakaonun qiyməti 200 faizdən çox artıb.
Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra əmtəə bazarında kəskin dalğalanmalar davam edir. Bu kəskin dalğalanmalar daha çox kənd təsərrüfatı əmtəələrinin qiymətlərində müşahidə olunur. Həmçinin iqlim və hava şəraiti əmtəə bazarında kənd təsərrüfatı qrupunda ticarət edilən məhsulların qiymətlərində kəskin dəyişikliklərə səbəb olur.
Marja xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Qitələrarası Birjada (Intercontinental Exchange) 1 yon kakaonun qiyməti 12 min 931 dollara çataraq tarixi ən yüksək səviyyəsinə çatıb. İlin əvvəlindən kakaonun qiyməti 200 faizdən çox artıb.
Kakao qiymətləri tədarük narahatlığına görə rekord qırır.
Əlverişsiz hava şəraitinin Qərbi Afrikadakı məhsullar üçün təhlükə yaratması və qlobal ehtiyatların azalması səbəbindən kakao qiymətlərində artım davam edir.
Analitiklərin fikrincə, qlobal kakao ehtiyatları kəsirə düşə bilər.
Fil Dişi Sahili və Qanadakı zəif istehsal səbəbiylə il boyu tədarüklə bağlı narahatlıqlar kakao qiymətlərinin rekordlar qırmasında mühüm rol oynayıb. Analitiklər qlobal kakao ehtiyatlarının 2024/25 mövsümündə defisit olacağını proqnozlaşdırırlar.
Fil Dişi Sahilindəki ixracatçıların keyfiyyətsizliyə görə kakao paxlasını rədd etdiyi bildirilir, bu vəziyyətin qlobal kakao tədarükünə mənfi təsir göstərə biləcəyi təxmin edilir.
Ölkədə kakao məhsulunun azalması da qiymətlərin artmasına səbəb olur.
Kakao tədarükündəki problemlərin əsas səbəbi uzunmüddətli quraqlıq və güclü yağış kimi pis hava şəraiti olsa da, bitki xəstəlikləri də məhsula mənfi təsir edib. Xüsusilə, kakao ağaclarının ölümünə səbəb olan CSSVD virusu istehsala mənfi təsir göstərən amillər arasında olub.
Qərbi Afrikada başlayan Harmattan küləklərindən sonra Fil Dişi Sahilində kakao tədarükünün azalması, kakao yığımı üçün təhlükə yaratması və az miqdarda məhsulun çatdırılma üçün limanlara gəlməsi bu məhsulun qiymətlərinin artmasına qapı açıb.
Qiymət artımına səbəb olan digər faktor isə Qananın məhsulun pis olması səbəbindən 350 min tona qədər kakao paxlasının tədarükünü növbəti mövsümə təxirə salmağı planlaşdırdığı xəbəri olub.
Qlobal iqlim dəyişikliyinin yaratdığı əlverişsiz hava şəraiti, bitki xəstəlikləri və kakao təsərrüfatlarını əvəz edən qeyri-qanuni qızıl hasilatı səbəbindən ölkədə kakao istehsalı azalır.
Qanalı fermerlərin qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə kakao paxlasını apararaq orada daha yüksək gəlir əldə etmək üçün satması ilə bağlı iddialar da qiymətlərin kəskin artmasına dəstək verir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
- 52 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
14 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
15 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 16 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib


Rəsmi məzənnələr açıqlandı

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
Ən çox oxunanlar

İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Başlamasına artıq sayılı günlər qaldı
