Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“MÜSİAD Azərbaycan” üzvləri son 3 ildə Azərbaycana 60 milyon manatdan çox sərmayə yatırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MÜSİAD Azərbaycan” üzvləri son 3 ildə Azərbaycana 60 milyon manatdan çox sərmayə yatırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycanda 87 üzvü var. Bu şirkətlər son üç ildə Azərbaycana 61,3 mln. manat investisiya edib. 

Bunu MÜSAİD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

Reklam_3_11

O qeyd edib ki, Şuşa bəyannaməsinin bəndlərindən biri də Tək Millət olan ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlıdır:

"Bu hədəflər doğrultusunda dövlət başçılarımızın qarşımıza qoyduqları qarşılıqlı investisiyalarla və 15 mlrd. dollarlıq ticarətlə bağlı hədəflərimizə çatmaq üçün biz də səylərimizi əsirgəmirik.

Preferensial ticarət rejimi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı artıq 35-i ötüb. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Həmçinin Azərbaycana investisiyaların həcminə görə, Türkiyə ilk yerlərdən birini tutur. Bununla belə iqtisadi əlaqələrlə bağlı qoyulan hədəflər istiqamətində görüləcək işlər çoxdur".

"İnvestisiyanın cəlb edilməsi istiqamətində təşviq daha da artırılmalıdır. Regionlarla bağlı bizim əlimizdə iqtisadi göstəricilərlə bağlı təqdimatlar olmalıdır”, - deyə Rəşad Cabirli əlavə edib.

Müstəqil İş Adamları Dərnəyi 1990-cı ildə Türkiyədə təsis edilib, hazırda 83 ölkədə, 200 şöbəsiylə 60 000 şirkəti özündə birləşdirir.

MÜSİAD Azərbaycanda 2018-ci ildə aktiv fəaliyyətə başlayıb.

MÜSİADAzərbaycan
20.12.2024 14:36
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ