COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib - FOTO
Mastercard tərəfindən dərc edilən məlumatlar COP29-un Azərbaycan iqtisadiyyatına mühüm təsirini göstərir.Ötən ay Bakıda keçirilmiş 29-cu BMT İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın iqtisadi inkişafına mühüm təkan verərək əhəmiyyətli təsirlə yadda qalıb.
“Mastercard Advisors” biznes konsultasiya xidməti tərəfindən hazırlanan və Mastercard-ın satış nöqtələri üzrə (POS) xərc məlumatlarına əsaslanan hesabatda COP29-un Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı əsas göstəricilər bu qlobal tədbir sayəsində əldə edilmiş böyük iqtisadi irəliləyişi nümayiş etdirir.
Turizm sektorunda rekord artım
COP29 həftəsində Azərbaycana turist axını 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 148% artıb. Bundan əlavə, bu rəqəm 2024-cü ilin F1 həftəsi ilə müqayisədə 16 dəfə çox olub və COP29-un qlobal səviyyədə marağa səbəb olduğunu göstərib.
Tranzaksiyaların həcmi və regional təsir
Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Belə ki, əməliyyatların ümumi dəyəri 236%, sayı isə 178% artıb. Paytaxt Bakıdan kənar bölgələrdə isə tranzaksiyaların həcmi 128% yüksəlib ki, bu da tədbirin ölkə üzrə böyük təsirini nümayiş etdirir.
Qonaqlama və iaşə sektorunun inkişafı
Qonaqlama və iaşə sektoru əsas COP29 dövründə yüksəliş əldə edən sahələr kimi fərqlənib. Mehmanxana və qidalanma üzrə xərcləmələr 400%-dən çox artaraq əsas sənayelərə iqtisadi səmərələr gətirib. Böyük məbləğli əməliyyatlarda da artım qeydə alınıb: 10 və 25 dollar dəyərindəki ödənişlər 200%-dən çox yüksəlib.
Qlobal turizm və xərcləmə trendləri
COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırıb. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçilər mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıblar. Eyni kateqoriyada Britaniya və Amerikadan olan ziyarətçilərin xərclədikləri vəsaitlər isə müvafiq olaraq 600% və 819% artım göstərib.
Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü yenidən nümayiş etdirir.
Mastercard haqqında
Mastercard dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birlikdə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş rəqəmsal ödəniş həllərini təşviq edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlar, bizneslər və hökumətlərə öz potensiallarını maksimum şəkildə reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.
Müştərilərin xəbərləri
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 48 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,3% artaraq 3,3 milyard dollara çatıb
-
2 saat əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
2 saat əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
-
2 saat əvvəl
“BakuBus” Qarabağ üçün elektrik avtobusları alır - 16,7 MİLYON MANATLIQ MÜQAVİLƏ
- 4 saat əvvəl
-
4 saat əvvəl
“BOS Shelf"ə 156 milyon dollarlıq iş sifariş olundu - MÜQAVİLƏ İMZLANIB
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard dollara çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Ən çox oxunanlar
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
2026-cı ilin dövlət büdcəsi qəbul edildi
Milli Məclis DSMF-nin və İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcələrini qəbul etdi



















.jpg)




.jpg)
