Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən növbəti ictimai müzakirə təşkil edilib. Müzakirələrdə Səhiyyə Nazirliyinin və TƏBİB-in səlahiyyətli ortoped-travmatoloqları iştirak ediblər.
Xidmətlər Zərfinin yenilənməsi ilə bağlı təşkil edilən ictimai müzakirənin açılışında Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova giriş sözü ilə çıxış edib: “Cari ildən etibarən Xidmətlər Zərfinin yenilənməsi ictimai müzakirələr şəklində həyata keçirilir. Bu prosesdə müxtəlif sahələr üzrə həkimlərin dəstəyinə ehtiyac duyulur. Bugünkü müzakirələrin məqsədi yenilənəcək Xidmətlər Zərfində travmatoloji xidmətlərlə bağlı ixtisas həkimlərinin fikirlərini və təkliflərini öyrənməkdir”.
Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, Xidmətlər Zərfinin daha effektiv və əhatəli şəkildə yenilənməsini təmin etmək üçün ixtisas həkimlərini prosesə cəlb etmək vacib əhəmiyyət daşıyır. Xidmətlər Zərfi ilə çalışan həkimlərin işinin səmərəli təşkili üçün bəzi xidmətlərin adlarının daha aydın və dəqiq şəkildə yazılması, o cümlədən yeni xidmətlərin əlavə edilməsi planlaşdırılır.
Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib: Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu təsnifatına (XBT-9) əsasən travmatologiya sahəsində bir sıra tibbi xidmətin sığorta hesabına qarşılanması təklif olunur. Xüsusilə, bud-çanaq və diz oynaqlarının revizion protezləri, vətər və əzələ prosedurlarının Xidmətlər Zərfinə əlavə olunması nəzərdə tutulan əsas tibbi xidmətlərdir. Bundan əlavə, bəzi travmatoloji tibbi xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın yenilənən Xidmətlər Zərfində nizamlanacağını da qeyd edib.
Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)







