“Cənub Qaz Dəhlizi” QSC-də SOCAR-ın payı artırıldı
Cənub Qaz Dəhlizini idarə edən QSC-nin əsas səhmdarı SOCAR oldu.Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına dəyişiklik edilib.
“Marja” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payı 51 %-dən 49 %-ə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.
Bu qərar "Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.
İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
XXX
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I) 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1.1. səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə (bundan sonra – Cəmiyyət) Layihələrin səmərəli idarə olunmasını təmin etsin;”.
2. Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürülsün.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2024-cü il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)








